Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası- Milli Kurikulumu konseptual
xarakterli çərçivə sənədi olub, ümumi təhsil üzrə təlim nəticələrini və məzmun
standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri,
həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin
təşkili, təlim nailiyyətlərinin qoymətləndirilməsi və monitorinqi üzrə əsas
prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir.
Milli
Kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və
universallaşdığı, informasiya- kommunikasiya texnologiyalarının rolunun
artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və
qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil
qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlarına
malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın
formalaşdırıılmasına və problemlərin həllinə yönəlmişdir.
Milli
Kurikulum bilavasitə aşagıdakı funksiyaların reallaşdırılmasına xidmət edir:
Ümumi
təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və
ardıcıllığın təmin edilməsi;
Fənlərin
məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşməsi;
Təlim
texnologiyaların çevikliyi və interaktivliyinin təmin olunması;
Nəticəyönümlü
fənn kurikulumlarının hazırlanıb təqbiq olunması;
Şagird
nailliyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin
edilməsi.
Hiç yorum yok:
Yorum Gönder