*Təhsil
bizim həyatımızı təşkil edir və təhsilin siması məhz müəllimdir. Müəllim öz
həyatını xalqın gələcəyinə həsr edən
şərəfli şəxsdir. Bu peşənin sahibləri canlı insanla işləyir, canlı insanlarla
işləmək isə çox maraqlıdır. Yaradıcı sənətdir. Konkret bir sənəd, resept üzrə
işləmək olmaz. Yaradıcı olmaq lazımdır müəllimlikdə. Hər hansı bir işə yaradıcı
yanaşmağı, inkişafı çox sevirəm.
*Mənim
üçün müqəddəs olan vəzifəsini laiqincə yerinə yetirən müəllimdir- dəyərli
varlıqlardır.
Ən
başlıcası həyat müəllimi olmaq istəyirəm. Real biliklərə əsaslanaraq təlim
prosesini qurmaq, təlimdə əsas diqqət mərkəzində şagirdlərin fəaliyyətinə imkan
yaradan, praktik təhsil formasına daha çox üstünlük verən, fənndaxili və
fənlərarası inteqrasiyanı tətbiq etməyi bacaran, yüksək pedaqoji biliyə
əsaslanan – MÜƏLLİM...
Yeni
təhsil standartlarına cavab verən biliklərə sahib olmaq. Çünki müasir təhsil
sisteminə əsasən biz İKT-ni, informasiya texnologiyalarından istifadəni
dərindən bilməliyik. Müasir təhsil strukturunun qurulmasında məhz İKT-in rolu
böyükdür. Kurikulum metodu ilə keçirilən təlim prosesində informasiya
texnologiyalarının, elektron resursların rolu böyükdür.
“ Müəllim həqiqətləri açmır, o- hər bir
şagirdin özü üçün özü açmalı olduğu həqiqətin bələdçisidir. Yaxşı müəllim –
yalnız katalizatordur”.
Hiç yorum yok:
Yorum Gönder