15 Haziran 2014 Pazar

Üzeyir Hacıbəyovun Təhsil Fəlsəfəsi

             1885-1948







Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim,  publisist, dramaturq, pedaqoq ictimai xadim...

Üzeyir Hacıbəyovun bilik səviyyəsi bir sıra fənlərdən dərs keçməyə imkan yaratmışdır. O, pedaqogika, rus dili, riyaziyyat, təbiətşünaslıq, rəsm rəsmxətdən nümunəvi dərslər aparmışdır. İbtidai siniflərdə dərs deməklə yanaşı o, şagirdlərdən ibarət xor kollekivi təşkil edir.

O, daima ictimai işlər aparmış, mətbuatda çıxış etmişdir. Yazdığı məqalələrin əsas ideyası Azərbaycan musiqisinin inkişafı probleminə həsr olmuşdur. Azərbaycan professinal musiqinin banisi Ü. Hacıbəyov görkəmli bəstəkar, musiqiçi, ictimai xadim alim, gözəl publisist və pedaqoq olaraq Azərbaycan professional bəstəkarlıq məktəbinin yaranmasında da böyük rol oynamışdır. Musiqi üslubunun özünə məxsusluluğu, xaqlılıq, yüksək ideyalılıq və millilik. Ü.Hacıbəyov yaradıcılığının diqqəti cəlb edən xüsusiyyətlərindəndir.


Hiç yorum yok:

Yorum Gönder