16 Haziran 2014 Pazartesi

Müasir məktəbi necə görmək istərdim

Məktəb ilkin, əsas tam orta təhsil üçün tədris ocağıdır. Müasir cəmiyyətdə məktəb uşaqların təhsil almaq hüquqlarını təmin etməkdə əsas rol oynayır. O həm uşaqların təlim tərbiyəsi ilə məşğul olurMəktəblərdə təhsil tərbiyə cəmiyyətin iqtisadi mədəni inkişafından asılıdır. Məktəblərdə mövcud olan problemlər islahatlarla həll olunur.

Tərəqqi ilə əlaqədər olaraq təhsildə İKT-dən istifadə, şagirdlərin yaradıcı fəaliyyətinə imkan verən dərslərə daha geniş yer verilməli, qeyri-standart dərslərdən istifadə, təhsilə verilən dəstək və maliyyələşmə yetərincə olmalıdir.

Əməkdaşlığa əsaslanan interaktiv təlim metodlarından istifadə. Fənn daxili, fənnlərarası inteqrasiyanı tətbiq etməyi bacaran öyrədənin (müəllimin) olması. Milli kurikulumdakı əsas tələb də məhz bundan ibarətdir.

Məktəbin məqsədi hər bir şagirdi yüksək keyfiyyətli təhsillə təmin etməkdir. Müasir məktəb təkcə texniki avadanlıqlarla təchiz olunmaqla kifayətlənməməlidir. Əvvəldə də qeyd etdiyim faktorların olması ilə bərabər, həmçinin onları istifədə etməyi bacaran insan resursu       (müəllim) da olmalıdır.


Hiç yorum yok:

Yorum Gönder