1837-1907
Azərbaycanın
görkəmli ziyalısı, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, İslam dünyasının ilk təbiətşünas alimi.
"Əkinçi" - nin naşiri.
Gündəlik həyatında və işində xalqla sıx bağlı olan Zərdabi asudə vaxtlarını xalq arasında keçirir, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdı.
Həsən bəy
Zərdabi həyatını xalqın maarif və mədəniyyətə yiyələnməsi uğrunda mübarizəyə
həsr etmişdir. Zərdabi elmdən xalqın xoşbəxtliyi, vətənin qüdrəti üçün istifadə
etməyə çalışırdı. Vətənini sevən şəxs bütün yaradıcılıq boyu Vətənini, xalqını
düşünür.
O xalq inkişaf
edir ki, məktəb və maarifin inkişafına ciddi fikir versin. Zərdabi yeni tipli
məktəblərin yaradılması və həmin məktəblərdə dünyəvi elmlərin tədris
edilməsinin tərəfdarı idi. Fiziki əməyi fiziki tərbiyənin tərkib hissəsi hesab
edir.
Dil uğrunda mübarizə «Dil
vahidliyi» məqalələrində Azərbaycan dilinin təmizliyi uğrunda mübarizə
aparırdı. O hər zaman yeniliklərə üstünlük vermişdir.
Həsən
bəy Zərdabinin fəlsəfi fikirləri proqressiv fikirlərdir. Dərsə verdiyi tələblər
bugün Milli Kurikulumda da təsiri hiss olunur. Deyə bilmərik ki, məhz
Kurrikulumu ancaq Zərdabinin fikirləri təşkil edir. Amma müqayisə etdikdə
təsirləri duya bilirik. Məsələn, Zərdabi dünyəvi elmlərin tədrisini üstün hesab
edirdi. Bugün də kurikulumda dünyəvi elmlərə üstünlük verilir. Əsas məqsəd yeni
tipli məktəblərin yaradılması və orada tədris olunacaq fənlərə olan
münasibətdir.
Hiç yorum yok:
Yorum Gönder