15 Haziran 2014 Pazar

Nizami Gəncəvinin Təhsil Fəlsəfəsi

           1141-1209


Ərəb və fars dilini bilən, Qədim yunan fəlsəfəsini, tarixini bilən, astronomiya, həndəsə, tibbi bilən dahi Azərbaycan mütəfəkkiri.

Yaradıcılığı haqqında Şərqin və Qərbin böyük filosofları dəyərli fikirlər söyləmişlər.Müdrik söz sərrafı olan Nizami Gəncəvi tarixdə öz dərin izini buraxmışdır. Türk dili ilə yanaşı ərəb və fars dillərini dərindən öyrənmişdir. Yaradıcılığı boyu saray mühitindən imtina etmiş və azad şəkildə yaradıcılığını inkişaf etdirmişdir.

"Bacarsan hamının yükünü sən çək
İnsana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər
Sənin də yükünü bütün el çəkər."

Müasir şagird- təhlil və tətbiq, araşdırma və ümumiləşdirmə aparmalı, müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır. Öyrətmə prosesi- müasir dərs texnologiyalardan istifadə edərək, müxtəlif mənbələrə əsaslanaraq keçirilməlidir. Təhsil haqqında- Müasir təhsil yeni təcrübələrə əsaslanaraq daim inkişaf etməlidir. Müəllim haqqında- Müasir müəllim kurikulumun mənimsənilməsini təmin etməli, şagirdləri müstəqil həyata hazırlamağı bacarmalıdır.


N.Gəncəvi Xosrov və Şirin poemasında oğlu Məhəmmədə verdiyi nəsihətlərində və didaktik ricətlərində gəncliyə üz tutaraq imkan var ikən oxumağı, öyrənməyi cəmiyyət üçün faydalı olmağı tövsiyə edir.

Şair Leyli Məcnun poemasında müəllim sənətini vurğulamışdır. Əsərdə şagirdlər həm öz müəllimlərindən qorxduqları üçün, həm də savad, bilik almaq üçün oxuyurdular.

N.Gəncəvi İsgəndərnamə əsərinin 1-ci hissəsi olan Şərəfnamə də müəllim Niqumaş şagirdi İsgəndərə elmlə məşğul olmağı, qızıldan, gümüşdən uzaq olmağı məsləhət verir.

Şair Leyli və Məcnun əsərində oğlu Məhəmmədə verdiyi nəsihətində bildirir ki, hiylədən, riyadan daim kənar ol. Bir elmi öyrənmək istədikdə sən, çalış hər şeyi kamil biləsən.

Hiç yorum yok:

Yorum Gönder