Təhsilin əsasları
fənni mühüm əhəmiyyətə malikdir. Müəllim hazırlığında mühüm rol oynayır.
Təhsilin əsaslarının əsas məqsədi həm nəzəri, həm praktik cəhətdən peşəkar
müəllim hazırlayır. Təhsilin keyfiyyətini yüksəltmək üçün lider, yaradıcı
pedaqoji kadrlar hazırlamaq da «Təhsilin əsasları» fənninin strukturunu təşkil
edir.
Təhsil Nazirliyinin 1008 nömrəli 19 avqust 2009-cu il tarixli əmri ilə üç ali təhsil müəssisəsinin (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti) bakalavr pilləsində "Təhsilin əsasları" fənnini tədris edəcək müəllimləri treninqlərə cəlb edilmiş və həmin ilin sentyabrından ilkin müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyan pilot layihə tətbiq olunmağa başlanmışdır
.
"Hər bir müəllim tədrisin müxtəlif tərəflərini dərk etməli, peşəkarlıq səviyyəsini fasiləsiz yüksəltməyə çalışmalıdır. Eyni zamanda informasiya cəmiyyətinə keçid müəllimdən elmi-tədqiqat bacarığı da tələb edir". Qeyd olunan fikir
Təhsilin əsaslarının məqsədlərindən biridir. Həmçinin, təhsil islahatlarını
müvəffəqiyyətlə heyata keçirmək də Təhsilin əsaslarının əsas məqsədlərindən
biridir.
"Təhsilin əsasları" fənni üzrə öyrəndiklərimiz fəaliyyətimizin səmərəliliyini yüksəltməyə, şagirdlərlə münasibətlərimizi düzgün qurmağa, təlim üsullarından düzgün istifadə etməyə, təhsildə keyfiyyətə nail olmağa kömək edəcək.
Bu fənnin tədrisi mənim gələcəkdə yaxşı bir mütəxəssis kimi formalaşmağımda böyük rol oynayacaq. Sinfin idarə edilməsində müəllimin istiqamətverici qüvvə olduğunu dərk etdim.
Hiç yorum yok:
Yorum Gönder