15 Haziran 2014 Pazar

Nəsirəddin Tusinin Təhsil Fəlsəfəsi

1201-1274

Filosof, Astronom, Riyaziyyatçı, Tarixçi, Maliyyəçi, Hüquqşünas.

Onun qələmindən yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrə həsr olunmuşdur. Tusinin elmi kəşflərilə Avropa 14-cü əsrdə tanış olmuş və dünyaşöhrətli alimlər olan Kepler, Kopernik, Dekart, Nyuton və b. Onun irsindən bəhrələnmişlər.

Filosofun varlıq təlimində materiya və formanın vəhdəti, hərəkətin kəmiyyət, keyfiyyət, məkan və vəziyyətinə görə növləri, zaman və başqa fəlsəfi kateqoriyalar riyazi və təbii-elmi fikirlərdən misallarla hərtərəfli və dərindən işıqlandırılmışdır.

"Pis adamlar təlim və tərbiyə əsasında yaxşılaşa bilərlər. Nəsihət, məsləhət, təlim, tərbiyə ardıcıl olsa və ədalətli tənbehlə əlaqələndirilsə, nəticəsiz qalmaz..."  
Görkəmli alim, filosof Nəsirəddin Tusi belə hesab edir ki, uşağın tərbiyəsi ilə erkən yaşdan məşğul olmaq lazımdır. Bunu isə müəllim və valideyinin vacib vəzifəsi hesab edirdi. O, müəllimə böyük ehtiramla yanaşırdı. Onun fikrincə müəllim bilikli, ədalətli, lider, yaradıcı bir insan olmalıdır. Milli kurikulumla müqayisədə görünür ki, Tusinin fəlsəfi fikirləri tələbyönümlülük və nəticəyönümlülükdür və onun fəlsəfi baxışları proqressivizm fəlsəfəsinə uyğun gəlir.

Hiç yorum yok:

Yorum Gönder