16 Haziran 2014 Pazartesi

Azərbaycan Respublikasında Ümumi təhsilin Konsepsiyasında (Milli Kurikulumda) ümumi təhsilə və ümumi təhsilli şəxsə verilən tələblərin təhsil fələsəfəsi baxımından araşdırılması

Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası- Milli Kurikulumu konseptual xarakterli çərçivə sənədi olub, ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkilini, təlim nailiyyətlərinin qoymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir.

Milli Kurikulum aşağıdakı ümumi prinsiplərə istinad olunmaqla hazırlanmışdır.
Milli və ümumbəşəri dəyərlərin nəzərə alınması;
Ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması;
Tələbyönümlülük;
Nəticəyönümlülük;
Şagirdyönümlülük;
Inteqrativlik.


Milli Kurikulum demokratizm, humanizm kimi prinsiplərdən çıxış etməklə, şagirdlərin maraq və ehtiyaclarına cavab verən, mütəxəssislərin elmi yanaşmalarına söykənən, dövlətin təhsil siyasətini əks etdirən bir sənəddir .

Müasir dərsin əsas cəhətlərindən biri şagirdlərin fəallağıdır ki, buna da interaktiv (fəal) təlim metodlarından istifadə etməklə nail olmaq mümkündür. Bu metodlara əsasən iş forması müəyyən edilir: fərdi, cütlərlə, böyük və kiçik qruplarla iş daha əlverişlidir. Şagird ünsiyyət prosesində özünü daha yaxşı dərk etdiyinə görə istər qrup, istərsə də cütlərlə işdə fəallıq, bir-birilə əməkdaşlıq, yaradıcılıq, qarşılıqlı münasibətlər formalaşır. Müəllim dərs formasını seçərkən şagirdlərin marağını nəzərə almalıdır. Bu gün məktəbdənkənar mühitdə mövcud informasiya vasitələrindən fəal istifadə edən şagird dərsdə onlar üçün maraqlı olanları görmək istəyir. Bunun üçün müəllimin İKT-dən yüksək istifadə etmək bacarığı olmalıdır. Həm də bu texniki təminatı lazımi materiallarla zənginləşdirməyi bacarmalıdır. Mövzuya uyğun resursları seçməlidir ki, bu resursların da rəngarəngliyi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan yaradacaqdır. Belə dərslərdə həmçinin digər texniki təminatların olması dərsin səmərəliliyini artırır.



Hiç yorum yok:

Yorum Gönder