16 Haziran 2014 Pazartesi

Təhsilin məzmununa münasibət

vfənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi yeniləşdirilməsi;
vtəlim texnologiyalarının çevikliyi interaktivliyinin təmin olunması;
vnəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması;

vşagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi stimullaşdırılmasının təmin edilməsi .

 Təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması...

Boston məktəbinin nizamnaməsi

Elmi fəlsəfəsi bütün şagirdlərin təlim və tərbiyəsini təmin etməkdir.Dörd bir-birilə əlaqəli olan pavilyonlar bu strategiyanı həyata keçirir:
vİnformasiya;
vmədəni təzələmə;
vTədqiqat

Təhsilin məzmununu təşkil edir:
vkurriulum;
vŞagird dəstəyi;
vIcraedici pedaqoji dəstək proqramları;
vPeşekar hazırlıq;
Kurikulumda texnologiyaların birləşməsi

Boston məktəbi bir çox təşkilatlarla əməkdaşlıq edir. Burada təhsilin məzmunu bütün müasir standartlara cavab verir, mükafatlarının çox olması da buna işarədir. Burada şagirdlər biliklərini artırmaq üçün texnologiyadan geniş istifadə edirlər. Məqsədləri 21-ci əsrin qlobal cəmiyyətinin məhsuldar üzvünə çevrilməkdir. Onların elmi fəlsəfəsi şagirdlərin təlim tərbiyəsini təmin etməkdir.

Məktəbin nümunəvi Əsasnaməsi

Təhsilin məzmununu müəyyənləşdirir, məktəbin inkişafına təminat verir, zəruri maddi-texniki ehtiyaclarını ödəyir, onu kadr, dərslik və tədris-metodik ədəbiyyatla təmin edir.

Təhsil dünyəvi xarakter daşıyır. Milli zəminə, Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə, ümumbəşəri dəyərlərə əsaslanmaqla şəxsiyyətin əqli, mənəvi, fiziki, estetik inkişafına, onun bacarıq, qabiliyyət və istedadının formalaşdırılmasına xidmət edir.

Hiç yorum yok:

Yorum Gönder