1274-1338
Əvhədi Marağayi (Rüknəddin)
Azərbaycan filosofu, şair. Pedaqoji ideyaları bu gün də aktual olan şəxs.
"Hər
bir şəxs elmin köməyilə kainatda baş verən hadisələrin mahiyyətini, səbəb və
nəticələrini öyrənə bilər."
Onun qələmindən çıxan çoxlu
qəsidə, qəzəl, rübai, tərkibəndlər, poeması (Dəhnamə) insan əxlaqının, tərbiyəsinin zənginləşməsinə xidmət edir. Orta əsrlərin müsəlman Şərqinin görkəmli mütəfəkkiridir.
Təbiət,
cəmiyyət, həyat və insan, canlı və cansız aləm, kainat və səyyarələr, insan
münasibətləri və əxlaq normaları, sağlamlıq, dəyanət, möhkəmlik və s.
haqqındakı fikirləri müasir dövrün fəlsəfəsində aktualdır və müzakirə olunan
fikirlərdəndir.
"Ən böyük nemətdir anlasan peşə,
Peşəkar düz yolla gedər həmişə."
Görkəmli
filosof Əhvədi Marağayi hesab edir ki, tərbiyənin ən qüdrətli vasitəsi sözdür.
Ona görə sözlər tutqun könülləri açar və yaxşıları əbədi edər. Biliksiz,
elmsiz heç bir sirri açmaq, kəşf etmək olmaz. Onun dediklərində
nəticəyönümlülük, inkişafyönümlülük var. Fəlsəfi fikirlərinə görə proqsessiv
şəxsdir. Öz dəyərli fikirləri ilə tanış
olduqdan sonra onun proqsessivizm cərəyanının nümayəndəsi olduğunu qeyd etmək
olar.
Hiç yorum yok:
Yorum Gönder