
Görkəmli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist...
1886-cı ildə 23
yaşlı gimnaziya müəllimi Firidun bəy Köçərli İrəvanda teatr tamaşası təşkil
edir. Qori seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ildə İrəvana
gəlmişdi. Həmin tamaşa- M.F.Axundovun «Müsyo Jordan və Dərviş Məstəli Şah»
komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə
çevrilir.
O düşünürdü ki,
şagird dərslərini yaxşı oxumalı, müəllimin tapşırıqlarına əməl etməli, sinifdə
yoldaşları ilə mehriban davranmalı, vətənə layiqli vətəndaş kimi formalaşmalı
və inkişaf etməlidir.
Müəllim təlim
prosesini elə qurmalıdır ki, şagirdlər dərsə maraqla hazırlaşsınlar. Müəllim
yeni təlim metodlarından istifadə etməli, dərsi rəngarəng qurmalıdır. Belə
olduqda şagirdlər dərsə maraqla hazırlaşırlar və hər gün təkrarlanan ənənəvi
metoddan bezməzlər.
Hiç yorum yok:
Yorum Gönder