15 Haziran 2014 Pazar

Seyid Əzim Şirvaninin Təhsil Fəlsəfəsi

1835-1888

XIX əsr Azərbaycan şairi və maarifpərvəri. Maarifçi və tənqidi-satirik şeirlərilə  məhşur olan bir şəxs.

Seyid Əzim Şirvani açdığı yeni üsullu- Üsuli cədid məktəbində köhnə mollaxanalardan fərqli olaraq, uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənnlərdən ibtidai məlumat da verirdi.

"Bir bəladır bu dərdi-nadanı
Ki,onun elm olubdu dərmanı."
O, Qafqaz Müsəlmanlarına Xitab əsərində ziyalı şəxslərə müraciət edərək xalqın təhsilə ehtiyacı olduğunu söyləyir.
Öyrətmə prosesi- S.Ə.Şirvani mollalardan fərqli olaraq uşaqlara fiziki cəzalar vermir, onlarda dərsə maraq oyatmağa çalışırdı. O, uşaqlara əsərlər verir, onları sərbəst tərcümə etməyi tapşırırdı.

S.Ə.Şirvani, Qafqaz müsəlmanlarına xitab əsərində belə bir fikir söyləyir; Elmsiz şəxs misli-heyvandır. Bununla o, şagirdləri açdığı yeni üsullu məktəbdə təhsilə səsləyir. Əkinçi qəzetində insanları qəflət yuxusundan ayılmağa çağırır. Onun maarifçi şeirləri bunlardır: “Elmsiz alim, alim oğul ilə avam ata, Müctəhiddin təhsildən qayıtması, Dəli şeytan və s.

¢Təhsil-milli ümumbəşəri dəyərlərin nəzərə alınması;
¢Müəllim-şagird nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılmasını təmin etməlidir.
¢Şagird-ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, fikirlərini aydın ifadə etməyi bacarmalıdır.
¢Öyrətmə prosesi-ümumi inkişafı, meyl və maraqları nəzərə almaqla bütün şagirdlərə əlverişli təlim şəraiti yaradılmalıdır.

2 yorum:

  1. bu qezelin nesr formasini yazsaniz cox sevinerik

    YanıtlaSil
  2. seirin hesen bey melikov ucun yazildigi fikri dogrudur?

    YanıtlaSil